Səudiyyə Ərəbistanı İsraildən müdafiə sistemi alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı İsraildən müdafiə sistemi almaq üçün danışıqlara başlayıb. TİA.AZ xəbər verir ki, bu haqda İsveçrənin “Basler Zaytunq” qəzeti yazıb. Qəzetin iddiasına görə, İsraillə Səudiyyə Ərəbistanı arasındakı qeyri-rəsmi əlaqələr İranın bölgədəki fəaliyyətini artırmasından sonra daha da güclənib. Artıq Ər-Riyad hökuməti Yəməndən gələn raket hücumlarını dəf etmək məqsədilə “dəmir qübbə” müdafiə sistemləri almaq üçün İsraillə danışıqlar aparır. Qəzet həmçinin Səudiyyə Ərəbistanının İsraildən müdafiə sistemi ilə yanaşı tank və silah almağı planlaşdırdığını da yazıb.

Vəsilə İbrahim

TİA.AZ