Səudiyyə Ərəbistanı 7 İsrail şahmatçısını ölkəyə buraxmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı hökuməti 26-30 dekabr tarixlərində krallıqda keçiriləcək rapid və blits üzrə dünya çempionatında iştirak etmək niyyətində olan 7 İsrail şahmatçısına viza verməkdən imtina edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters”ə istinadən “R-Sport” məlumat yayıb.

FİDE-nin vitse-prezidenti İsrael Qelferin sözlərinə görə, bu təcrübə normaldır, çünki Səudiyyə Ərəbistanı və İsrail arasında rəsmi diplomatik münasibətlər qurulmayıb.