SƏTTAR MÖHBALIYEV RAMİZ MEHDİYEVƏ İŞLƏYİR – ŞOK İTTİHAMLARbackend

SƏTTAR MÖHBALIYEV RAMİZ MEHDİYEVƏ İŞLƏYİR – ŞOK İTTİHAMLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həmkarlar İttifaqı Sovet dövründə önəmli bir qurum idi, indi isə heç bir önəmi də, fəaliyyəti, işi, funksiyası da yoxdur. Onlar oturub elə camaatın “5 qəpiyi”ni tutub yeməklə məşğuldurlar. Özləri üçün müəyyən imtiyazlar yaratmaq, ondan istifadə etmək… Bir sözlə, dövlətə ağır yükdür. Hamısı Ramiz Mehdiyevin kadrlarıdır. Səttar Möhbalıyev də çoxdan işləyir. Onun da kimin qohumu olduğunu bütün media çox gözəl bilir. Buna görə də təşkilatın qalması, o möhtəşəm binanı zəbt etməsi düzgün deyil. Arzu edərdim ki, həmin bina elə Müasir Müsavat Partiyasına verilsin. Müasir Müsavat Partiyası bu gün Azərbaycan dövlətçiliyinin qorunmasında, ideoloji-siyasi təbliğatın, siyasi işin aparılmasında ən önəmli yerlərdən birini tutur…”

Bu sözləri Pravda.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O bildirib ki, Azərbaycan cəmiyyətində nə qədər siyasi partiyalar, ictimai-siyasi, qeyri-hökumət təşkilatları var: “Zavodu yox, fabriki yox… O təşkilat nəyə xidmət edir? Hansı həmkarlarına? Bu gün qiymətlər ən böyük həddə gəlib çatıbsa, qurum bunun qarşısını almaq üçün heç bir tədbir görümürsə, bir fəhlənin, sadə insanın qayğısına qalmırsa, ona yardım etmirsə, belə bir təşkilat heç kimə lazım deyil. Buna görə də Konfederasiya ləğv edilməli, həmin bina bizə verilməlidir. Orada istər daxildən, istər xaricdən olan siyasi-ideoloji təxribatların qarışısını almaq üçün daha geniş fəaliyyət göstərə bilərik, çünki həmin binanın şəraiti yaxşıdır”.

H.Hacıyev HİK-in sədri Səttar Möhbalıyevin çox sayda sanatoriyanı “özəlləşdirməsi” barədə iddialara isə belə cavab verib: “Çox şey eşitmişik. Eşitdiklərimizin hamısını desək… Biz dedikcə, həmin insanların vəzifələri bir az da yüksəlir. Səttar Möhbalıyevi çox da şişirtməyək, yoxsa onun da vəzifəsi qalxacaq, “özəlləşməyən” sanatoriyalara da keçmiş qohumları ilə birgə əl qoyacaqlar. Düşünürəm, deyilənlərin hamısı düzdür, hələ azdır. Biz də çox şey bilirik, amma hələlik heç nə demək istəmirik. Belə ağır gündə dövlətimizin, xalqımızın, vətənimizin başçısına kömək etməliyik. Avropanın, Amerikanın üzərimizə gəlməsi, Qərbin Ermənistanı “demokratik cəmiyyət” elan edərək bizi şantaj etməsi çox çətindir…”