Səttar Bəhlulzadənin əsərlərini satan şəxs: “Baha təklif edirəm ki, satılmasın” – VİDEObackend

Səttar Bəhlulzadənin əsərlərini satan şəxs: “Baha təklif edirəm ki, satılmasın” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərinin “eBay” internet mağazasında satışa çıxarılması ilə bağlı yeni faktlar məlum olub.

Tribunainfo.az  xəbər verir ki, əsərləri satan kolleksiyaçı Oğuz Tolga Buku TV-nin suallarını cavablandırıb. O, bildirib ki, 33 ildir, bu işlə məşğuldur:
“Mən 33 ildir, bu rəsmləri toplayıram. Əvvəlcə Sovet rəsmləri ilə başlamışdım. Sadəcə bu rəsmlər deyil, mən çox böyük bir kolleksiyaçıyam. Bunlar o zaman Azərbaycanda çalışmış olan, xaricdəki təmsilçilərin, türklərin alıb gətirdikləri rəsmlərdir. 10 il əvvəl Türkiyədəki Azərbaycan rəsmlərini toplayanlardan hamısını yığdım. Onu “eBay”da qoydum, düşündüm ki, qiyməti elə qoyaq, hamısını sata bilək.
İndi amerikalılar onların hamısını almaq istəyirlər. Amerikada kolleksiyaçılar var. Onlar 1300 rəsmin hamısını almaq istəyirlər. Amma onlara satmaq istəmirəm. Əvvəllər də almaq istəmişdilər, amma heç birini satmadım.
Xüsusən də satılmasın deyə çox yüksək qiymətlər qoyurdum.
Daha ətraflı videomaterialda: