Səsvermədə bülletenləri qəsdən korlayanları hansı cəza gözləyir? – AÇIQLAMAbackend

Səsvermədə bülletenləri qəsdən korlayanları hansı cəza gözləyir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində səsvermə zamanı bəzi şəxslər tərəfindən seçki məntəqələrində bülletenlər qəsdən  korlanıb. Onlar, hətta etdikləri əməlin foto və videogörüntülərini çəkərək sosial şəbəkələrdə yayıblar. 

Məsələnin hüquqi tərəfləri barədə Pravda.az-a açıqlama verən Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində seçki bülletenlərinin korlanmasına görə hər hansı məsuliyyət nəzərdə tutulmayıb:

“Seçki bülletenlərinin qəsdən və ya bilmədən korlandığını, yaxud qutuda hansı bülletenin kimə aid olduğunu da müəyyən etmək çətindir. Odur ki, göstərilən əməlin ictimai təhlükəli əməl kimi dəyərləndirliməsi mümkün deyil”.