“Səs Azərbaycan”ın iştirakçısı ABŞ-Meksika sərhədində öldürüldü

“Səs Azərbaycan”ın iştirakçısı ABŞ-Meksika sərhədində öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.
 Tribunainfo.az xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” hesabında məlumat verib.

“Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən “I am Jazzman” müsabiqəsinin finalçısı olub, “Səs Azərbaycan” (“Azərbaycanın səsi”) proqramında iştirak edib.