Yeni Zelandiyanın ədliyyə naziri Kiri Allan avtomobil qəzasından sonra saxlanılan və sərxoş olduğu aşkar edildikdən sonra istefa verib.
Tribunainfo.az Gazete Duvar-a istinadən xəbər verir ki, 39 yaşlı Allan ehtiyatsızlıqdan avtomobil idarə etməkdə və həbsdə müqavimət göstərməkdə ittiham olunur.
Vellinqtonda baş verən yol qəzasında ölən və yaralananlar olmayıb.
Həbs edildikdən sonra Allan polis bölməsinə aparılıb və orada dörd saat saxlandıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Allan daha sonra ona qarşı irəli sürülən ittihamlarla məhkəmə qarşısına çıxacaq