Şərurlu İsfəndiyarın MTK-sı CƏRİMƏLƏNDİ

Şərurlu İsfəndiyarın MTK-sı CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəfələrlə inzibati qaydaları kobud şəkildə pozan “Şərur” Mənzil Tikinti Kooperativi növbəti dəfə buna görə cərimələnib.Tribunainfo.az xəbər verir ki, MTK İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 271-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən,
Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

MTK ilə bağlı işə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 18 iyulda hakim Murad Məmmədovun sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar

Tribunainfo.az