Şərurlu İsfəndiyar intihar etmək istəyib: “Pulla xoşbəxt olmaq olmur, kaş dünyaya gəlməyəydim…”

Şərurlu İsfəndiyar intihar etmək istəyib: “Pulla xoşbəxt olmaq olmur, kaş dünyaya gəlməyəydim…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) intihar etmək istəyib.

Tribunainfo.az xəbər verir ki, o bu barədə “TV Musvat”a müsahibəsində danışıb.

İ.Axundov deyib ki, varlı adamın ən böyük problemi problem içində yaşamasıdır: “Pul var, xoşbəxtlik yoxdur. Heç vaxt pulla xoşbəxt olmaq olmur. Müqayisə olunası deyil. Deyirəm ki, kaş dünyaya gəlməyəydim, pisini, yaxşısını görməyəydim. Hətta bir dəfə intihar da etmək istəmişəm. 45-47 yaşım olardı. Böyük qardaşım xətrimə dəydi. Fikirləşdim ki, onsuz da həyatın mənası da, etibar da yoxdur. Dünyaya niyə gəlmişik? Üç gün özümü öldürmək istədim. Sonra uşağı gördüm, fikrimdən daşındım”.