“Şərurlu İsfəndiyar”ın şirkəti ilə bağlı daha bir problem – Məhkəməyə verildibackend

“Şərurlu İsfəndiyar”ın şirkəti ilə bağlı daha bir problem – Məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus “Şərur” Mənzil-Tikinti Kooperativi ilə KODIS MMC arasında qalmaqal yaranıb.
Qaynarinfo xəbər verir ki, qalmaqalın kökündə alqı-satqı məsələsi dayanır.
Məsələ məhkəməyə qədər uzanıb. KODIS MMC Bakı Kommersiya Məhkəməsində “Şərur” MTK-ya qarşı iddia qaldırıb. Zeynəb Axundova iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxtı bəlli deyil.
“Şərur” MTK Bakıda yaşayış binaları inşa edir. MTK-nın sahibi İsfəndiyar Axundov bir müddət əvvəl oğlu Allahverdi Axundovun bahalı maşını ilə gündəmə gəlmişdi. İş adamı iddiaları əsassız saysa da, media israrla 650 min dollarlıq “Lamborghini”nin Allahverdi Axundova məxsus olduğunu yazıb. Bu günlərdə isə məluma olub ki, Allhverdi Axundov həmin avtomobili satışa çıxarıb.
KODIS  MMC-yə gəlincə, şirkət haqqında məlumatlar məhduddur. MMC-nin adına Azərbaycan Qida Təhlükəsizliyinin istehlaka yararsız müxtəlif növ qida məhsullarının məhv edilməsi ilə bağlı 2022-ci ildə yaydığı məlumatda rast gəlinir. Həmin məlumatda qeyd edilir ki, KODIS MMC-yə məxsus 2800 kiloqram çipsi məhv edilib. Bu məlumat MMC-nin qida məhsullarının satışı ilə məşğul olması barədə ehtimalları artırır.