“Şərur” MTK və “Progress-2016” MTK ilə bağlı məhkəməyə müraciət eədnlər durmadan artır. Hər iki MTK ilə bağlı növbəti dəfə məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, bu dəfə sözügedən MTK-larla bağlı məhkəmədə iddianı Rzayev Yaşar Sabir oğlu qaldırıb. işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Digər səbəblər barədə isə məlumat verilmir.
Abşeron Rayon Məhkəməsində olan işə 25 iyul tarixində baxılacaq. İş hakim Elçin Kazımovun icraatındadır.
Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar