Biz neftdən əldə edilmiş gəlirləri, o cümlədən, belə nəhəng layihələrə yönəldirik.
Biz neftdən əldə edilmiş gəlirləri, o cümlədən, belə nəhəng layihələrə yönəldirik.
TİA.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində deyib.
Prezident bildirib ki, bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır.
“Bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər tərəfindən Azərbaycana sərmayə qoyulanda bizim əsas şərtlərimizdən biri o idi ki, Azərbaycanda bu sərmayələr, eyni zamanda, neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, bizim işçilər yaxşı maaş alsınlar, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin və bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər və həm özlərinə, həm də ölkəyə böyük fayda verirlər”, – prezident bildirib.