“Elə bölgələr var ki, orada riyaziyyat fənni üzrə nəticələri zəif olan müəllimlər fəaliyyət göstərir. Belə hallarda bəzi məktəblərdə 5 müəllimdən yalnız biri növbəti tədris ilində riyaziyyat fənnini tədris etməyə davam edə biləcək”.
Tribunainfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, riyaziyyat fənnindən sertifikasiyada zəif nəticə göstərən müəllimlərin 50 faizə yaxını (44%) Beynəlxalq Universitetin məzunlarıdır.
Nazir onu da bildirib ki, xarici dil müəllimlərindən 12%-i sertifikasiya imtahanlarında uğur qazana bilib: “1657 nəfərin əmək müqaviləsinə xitam verilib. Astarada xarici dil fənni üzrə 3 müəllimdən biri ilə yollarımızı ayırmalı olmuşuq”.
Modern.az