Tunisin bir neçə şəhərində ölkədə qiymət artımına etiraz olaraq kütləvi aksiyalar keçirilib.
Trend-in məlumatına görə, aksiyalar zamanı 50-yə yaxın polis xəsarət alıb.
Tunis Daxili İşlər Nazirliyi 206 nəfərin saxlandığını bildirib. Ölkənin şimalındakı Teburba şəhərində 1 etirazçının ölümü barədə xəbərlər yayılıb.
Qeyd edək ki, paytaxt Tunisdə və digər şəhərlərdə etirazlar iki gündür ki, davam edir. Etirazçılar vergilərin artırılmasına etiraz edir. Onlar həmçinin işsizlik probleminin həll olunmaını tələb edir.