Sərnişinlər Bakı Nəqliyyat Agentliyindən narazılıq edir. BNA köhnə dayanacaqların yerinə qoyduğu yeni dayanacaqlarda gediş haqqı yükləmək üçün aparatlar quraşdırmır.
Tribunainfo.az yazır ki, vətəndaş Rəşad Mürşüdoğlu hər gün bu problemlə üzləşir. O bildirib ki, BNA-nın səhlənkarlığı üzündən pis vəziyyətdə qalırlar:
“Şikayətim BNA-dandır, köhnə dayanacaqları sökdülər, lap yaxşı, yeniləri ilə əvəz etdilər. Bəs aparatlar hanı? Kartın balansını artırmaq üçün hara gedək? Həmçinin BNA kartları çox keyfiyyətsizdir. Təsəvvür edin, üstünüzdə nəğd pul yoxdur və siz avtobusa minirsiniz kart işləmir. Kartınızda balans varsa və kartınız işləmirsə kart bərpası üçün də mütləq “28 May” tərəfə getməlisiniz, çünki ancaq oradadır.
BNA kartlarını gərək 2-3 aydan bir dəyişək. Ancaq digər heç bir kartda belə problem yoxdur. Üstəlik, kartı bərpa edəndə də balansınızdan 1 manat silirlər”.