Sərnişinə cinsi orqanını göstərən azərbaycanlı taksi sürücüsü həbs olundubackend

Sərnişinə cinsi orqanını göstərən azərbaycanlı taksi sürücüsü həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda anadan olan 51 yaşlı taksi sürücüsü Sankt-Peterburqda zorakılıqla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs olub.

Tribunainfo.az lent.az-a istinadla xəbər verir ki, Leninqrad vilayətinin Vsevolojsk şəhər məhkəməsi sərnişinə cinsi orqanını göstərən və 5 yaşlı oğlunun gözü qarşısında masturbasiya etdiyi iddia edilən taksi sürücüsü haqqında həbs-qətimkan tədbiri seçib.
Leninqrad vilayəti prokurorluğunun verdiyi məlumata görə, o, 2 ay istintaq təcridxanasında qalacaq.

Azərbaycanlı taksi sürücüsü Asif azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir (Rusiya Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsi “b”).

Xatırladaq ki, beş yaşlı uşaq anası ilə səyahət edərkən taksi sürücüsü onların gözü qarşısında cinsi ehtiyaclarını ödəməyə qərar verib. Sankt-peterburqlu qadın Toksovodan Buqriyə gedib və proqram vasitəsilə taksi çağıraraq “uşaq” tarifi seçib. Səyahət zamanı kişi cinsiyyət orqanının ölçüsü ilə bağlı səmimi söhbətlərə başlayıb, sonra özünü qiymətləndirməyi təklif edib. Hadisə ötən ilin sonunda baş verib, lakin qadın cəmi bir ay sonra polisə müraciət etmək qərarına gəlib.

Şübhəli şəxs yanvarın 31-də Novoserqiyevkada saxlanılıb. Məlum olub ki, o, Mirkamal adlı həmyerlisinin akkauntuna qoşularaq sürücü işləyib.