Sərnişindaşıma şirkəti “Çinar-Trans” cərimələndibackend

Sərnişindaşıma şirkəti “Çinar-Trans” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərnişindaşıma ilə məşğul olan “Çinar-Trans” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Çinar-Trans” İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan 469.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
İşə 6 dekabr tarixində Nərimanov rayon Məhkəməsində baxılacaq. İş hakim Hafiz Kamranovun icraatındadır.

Qeyd edək ki, “Çinar-Trans” MMC-nin direktoru Etibar Manafovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Roman