Sərnişin “28 May” stansiyasında öldü

Sərnişin “28 May” stansiyasında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda metroda ölüm hadisəsi baş verib.

Tribunainfo.az  xəbər verir ki, hadisə bu gün səhər saatlarında metronun “28 May” stansiyasında qeydə alınıb.
“Bakı Metropoliteni” QSC-dən daxil olan məlumatda isə bildirilib ki, qatarda halı pisləşmiş sərnişin “28 May” stansiyasında düşürüldükdən qısa müddət sonra vəfat edib:
“Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib”.