Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın ölkədən çıxışına qadağa qoyulub.
Bakupost.az xəbər verir ki, bunu Sərkisyanın tərəfdarlarından olan Armen Aşotyan deyib.
O bildirib ki, sabiq prezidentə yeni ittiham irəli sürülüb.
Vəkil Amram Makinyan isə vurğulayıb ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi S.Sərkisyanın 2019-cu ildə baş verən hadisəyə görə Ermənistanı tərk etməsini məhdudlaşdırıb.
Səfər qadağası yeni ittiham əsasında tətbiq edilib.
Makinyan aydınlaşdırıb ki, sözügedən komitə ötən axşam qəfildən Sərkisyanın yenidən çağırılmasının zəruriliyini elan edib.
Vəkilin sözlərinə görə, bu qərar məhkəmənin keçmiş prezidentin ölkədən çıxışına qadağa qoymaq üçün prokurorluğun vəsatətini təmin etməkdən imtina etməsi ilə bağlıdır.










