ŞƏRİFOVU BU NAZİRİN QARDAŞI ƏVƏZ EDİR – Üç müavin vəzifəsi boş qalıb

ŞƏRİFOVU BU NAZİRİN QARDAŞI ƏVƏZ EDİR – Üç müavin vəzifəsi boş qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumatlara görə, hazırda nazir vəzifəsini müvəqqəti icra edən şəxs Azər Bayramovdur.

O, 2004-cü ildən bu yana Maliyyə Nazirliyində nazir müavini kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Azər Bayramov Xarici İşlər naziri Ceyhun Bayramovun qardaşıdır.

Xatırladaq ki, yanvarın 10-da uzun müddət maliyyə naziri vəzifəsində çalışan Samir Şərifov yeni vəzifəyə, Baş nazirin müavini postuna təyin edilib. O, bu vəzifədə 2006-cı ildən bəri çalışırdı.

S. Şərifovun nazir postundan getməsi və vəzifələrini müavini A. Bayramovun icra etməsi nəticəsində Maliyyə Nazirliyinin strukturu üzrə hazırda nazirin birinci müavini və iki müavinin vəzifələri boş qalıb. Nazirin keçmiş birinci müavin İlqar Fətizadə 2022-ci ilin aprelində vəfat edib. Həmin vaxtdan bu vəzifə boşdur. Nazirin digər müavini postu da 2018-ci ildən vakant olaraq qalır. Belə ki, 28 avqust 2018-ci il tarixində nazir maüvini Emin Hüseynov bu vəzifədən azad edilərək, əvvəlcə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin olunub, sonra ona işğaldan azad edilmiş ərazilər üzrə yeni vəzifə verilib. Nazirliyin əsasnaməsinə əsasən, ümumilikdə bir birinci müavin və üç müavin vəzifəsi nəzərdə tutulur.

Qeyd edək ki,  bu barədə ilk məlumatı teleqraf.com saytı yayıb