Sərhədsiz Reportyorların sərhədsiz həyasızlığı – Bakıdan cavab gəldi

Sərhədsiz Reportyorların sərhədsiz həyasızlığı – Bakıdan cavab gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərhədsiz Reportyorlar təşkilatı (RSF) beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətinə jurnalistləri azad etməsi və onlara qarşı kobud hüquq pozuntularına son qoyması üçün təzyiq göstərməyə çağırıb. RSF Bakıda BMT-in iqlim dəyişikliyi konfransının (COP29) açılış günü ilə əlaqədar yaydığı bəyanatda bildirir ki, neft ölkəsi olan Azərbaycanda ekologiya da daxil olmaqla, həssas mövzuları işıqlandıran jurnalistlər təhlükəli mühitdə çalışırlar.
Bu mövzuda Tribunainfo.az-a danışan hüquq müdafiəçisi Fuad Əliyev hesab edir ki, bəzi beynəlxalq təşkilatlar COP29 konfransını Azərbaycana təzyiq üçün fürsət bilir. Onun fikrincə, bu bəyanatlar məkrli məqsəd daşıyır və təzyiq niyyəti güdür. Onun sözlərinə görə, Qərb təşkilatları içüzünü göstərdi. F. Əliyev bildirir ki, bu təşkilatlar layiqli cavabını almalıdırlar: “Onlar erməni puluna xidmət edir və Azərbaycanı gözdən salır. Amma bu gün keçirilən sammit və prezidentin çıxışı sübut etdi ki, necə bir hörmətə sahibik, dünya bizi qiymətləndirir və Azərbaycanın uğurlarına paxıllıq edənlər irəli gedə bilməyəcəklər”.

Tahir