Ermənistan parlamentinin deputatı Sarqis Xandanyan Azərbaycan və Ermənistan arasında sərhədlərin hansı istiqamətdə müəyyən ediləcəyinin dəqiqləşdiyini bildirib.
Tribuna.az xəbər verir ki, o, bu barədə razılığa Qəbələdə keçirilən son görüşdə gəlindiyini qeyd edib.
Xandanyan deyib ki, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası istiqaməti dəyişməz qalıb. “Şimaldan Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən, sonra cənub istiqamətində, şimaldan cənuba, Ermənistan və Azərbaycanın İranla sərhədinə qədər davam edəcək”.
Fərda Uğur










