Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması artıq yalnız zaman məsələsidir.
Tribunainfo.az xəbər verir ki, bunu Parisdə keçirilən 8-ci Sülh Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, hazırda iki ölkə arasında bu prosesin qarşısında ciddi maneə yoxdur.
“Heç bir əhəmiyyətli maneə qalmayıb. Sadəcə, zaman lazımdır”, – deyə o vurğulayıb.
Ermənistan baş naziri dəqiq tarix göstərməsə də, gələcəkdə Ankara və İrəvanın siyasi və iqtisadi əməkdaşlıq quracağına əminliyini ifadə edib.
“Elə bir vaxt gələcək ki, Ermənistan və Türkiyə normal qonşulara çevriləcək”, – Paşinyan əlavə edib.
O, həmçinin bölgədə yaranmış yeni reallığa diqqət çəkib: “Bizdə sülh var və bu, reallıqdır. Bu, təkcə Azərbaycanla münasibətlərimizdə deyil, bütövlükdə region üçün tarixi dəyişiklikdir”.










