Sərhədimizdə hərəkətlənmə var: ermənilər aktivləşdi – VİDEObackend

Sərhədimizdə hərəkətlənmə var: ermənilər aktivləşdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşən Vardenis (Basakeçər – red.) bölgəsində etiraz aksiyası keçirilir. 

Globalinfo.az xəbər verir ki, sakinlər ərazidə dövlət strukturlarının və pasport məntəqələrinin bağlanmasına etiraz edirlər.

Hazırda əraziyə qonşu kəndlərdən də insanların gəldiyi və şəhərə gedən yolun bağlandığı bildirilir.

Məlumata görə, Vardenis şəhərinin meri Aharon Xaçatryan da aksiyaçılarla birlikdə etirazlara qoşulub.

Qeyd edək ki, bir müddətdir Azərbaycanla sərhəddə yerləşən ərazilərdə dövlət strukturlarının bağlandığı, bölgənin boşaldığı deyilir.