Ermənistan bundan sonra maksimum çalışacaq ki, sərhəddə (şərti sərəhəddə) silahlı təxribatlar törətsin və Azərbaycan hərbiçilərinin cavab tədbirlərindən sonra bunu Ermənistan ərazisinə müdaxilə kimi rəsmiləşdirsin və konkret şəxslərə qarşı cinayət işlərinin açılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə saxta matreallar göndərsin.
Tribunainfo.az yazır ki, bu fikirlərlə hüquq müdafiəçisi Sahib Məmmədov çıxış edib. O bildirib ki, fevralən 13-də Ermənistanın silahlı təxribatının məqsədi budur. O bildirib ki, 1 fevral tarixindən Ermənistan BCM yurisdiksiyası altındadır:
“Bu “siftələri” idi. Əslində Paşinyan da, Mirzoyan da məqsədlərini gizlətmirlər və bu barədə açıq bəyanatlar verirlər.
Daha aşağı ranq məmurlar və keçmiş hakimlər (məsələn konstitusiya məhkəməsinin keçmiş sədri) əsl məqsədləri də dilə gətiriblər”.
Dəniz Pənahova