SƏRHƏDDƏKİ ERMƏNİ KƏNDİNDƏ ADAM QALMAYIB: “NERKIN HƏNDDƏ 9 İNƏK VƏ 3 AİLƏ VAR”backend

SƏRHƏDDƏKİ ERMƏNİ KƏNDİNDƏ ADAM QALMAYIB: “NERKIN HƏNDDƏ 9 İNƏK VƏ 3 AİLƏ VAR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Azərbaycanla sərhəd kəndlərində vəziyyət acınacaqlıdır. Tribunainfo.az xəbər verir ki, hazırda bu kəndlərin bir çoxunda əhali yaşamır. Əksəriyyəti ev-eşiyini ataraq, İrəvana, Gorusa, Basarkeçərə və sair şəhərlərə daşınıblar.
Həmin kəndlərdən biri də Sünikin Nerkin Hənd kəndidir. Qubadli rauonu ilə həmsərhəd olan bu kənddə yaşayan ermənilərin bir çoxu müharibə başa çatdıqdan sonra gediblər. Kəndin nümayəndəsi Hasmik Simonyan deyir ki, hal hazırda Nerkin Hənddə cəmi 9 inək və üç ailə var.
Onun sözlərinə görə, kənd sakinlərinin evlərini tərk etməsinə səbəb Nerkin Hənddə yaşayış üçün heç bir şəraitin olmamasıdır. Üstəlik, Azərbaycan Ordusunun sərhədləri müəyyən edərək, orada post qurması da ermənilərin əsas gəlirlər sahələrini əllərindən çıxarıb. “Kəndin böyük meyvə bağları hamısı Azərbaycanın nəzarəti altındadır. Son sentyabr döyüşlərindən sonra həmin bağların meyvələrini yığmaq imkanımız belə oilmadı. Hamısı Azərbaycana qaldı”.
Hasmik Simonyan etiraf edib ki, Azərbaycan əsgərləri onların kəndinin yaxınlığında post qursalar da, ermənilərə qarşı hər hansı hərəkət etmirlər. “Doğrusu, onlar bizə qarşı heç bir hərəkət etmirlər. Əvvəllər maşınlar hərəkət edəndə işıq salırdılar. İndi onu da etmirlər. Kəndin yaxınlığındakı meşə də onlardadır. Bizim kənddə qaz yoxdur. Məcburuq meşədən odun gətirək. Hələ ki, odun gətirmək üçün bizə mane olmurlar. Bu il belədir, gələn il necə olacaq, bilmirik”.

Tribunainfo.az