Sərhəddə yaşayan erməni: “İmkanım olsa, ağacları da çıxarıb aparardım”

Sərhəddə yaşayan erməni: “İmkanım olsa, ağacları da çıxarıb aparardım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən sərhədlərin demarkasiyası prosesi başlayıb. Tribunainfo.az xəbər verir ki, ilkin mərhələ Tavuş iqtisamətində start götürüb və Qazax rayonunun işğal altında olan 4 kəndi Azərbaycana qaytarılıb.
Bildirək ki, sərhədlərin demarkasiya və delmitasiyası zamanı Güney (ermənilər Kırants adlandırır) kəndində iki ev Azərbaycan tərəfinə düşüb. Hər iki evin sakininə iyunun 24-nə kimi vaxt verilib, onlardan əşyalarını çıxarmaları tələb olunub. Həmin evlərdən birinin sakini Mqer adlı erməni dünəndən etibarən tikilini sökməyə başlayıb. O, “Hraparak” qəzetinə bildirib ki, evi sökməkdə məqsədi onu azərbaycanlılara buraxmaq istəməməsidir. “Ən yaxşı şeylərimizi azərbaycanlılara buraxmaq istəmirəm. İmkanım olsa, əkdiyim ağacları da çıxrıb, aparardım”.
Digər evin sahibi Hanum adlı erməniyə məxsusdur. O, Mqerdən fərqli olaraq, hələ ki, səbrlə gözləyir.