backend

Sərhəddə kütləvi dava düşüb, gömrük işçisi döyülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax rayonunda Dövlət Gömrük Komitəsinin (DGK) işçisi döyülüb.  
Qazax rayonunda Dövlət Gömrük Komitəsinin (DGK) işçisi döyülüb. 

TİA.AZ-ın Report-a istinadən məlumatına görə, bu gün axşam saatlarında “Sınıq Körpü” gömrük-keçid məntəqəsində dispetçer işləyən Qazax rayon İkinci Şıxlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəşad Həmid oğlu Musayev ilə Gürcüstan vətəndaşları arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Bu zaman hadisə yerinə gələn gömrük işçisinin qardaşı, 1982-ci il təvəllüdlü Tural Musayev də döyülüb. Hər iki qardaş müxtəlif bədən xəsarətləri alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara həkimlər tərəfindən tibbi yardım göstərilib və qardaşlar travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Rəşad və Tural Musayevlərin vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.