SƏRHƏD GÖRÜŞÜ GÖSTƏRDİ Kİ, NƏ QƏRB, NƏ RUSİYA… – HÜQUQ MÜDAFİƏÇİSİ

SƏRHƏD GÖRÜŞÜ GÖSTƏRDİ Kİ, NƏ QƏRB, NƏ RUSİYA… – HÜQUQ MÜDAFİƏÇİSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İkitərəfli danışıqların davam etdirilməsinə razılıq verilməsi müsbət hadisədir. Azərbaycanla Ermənistan dialoq apara bilirlər. Bunu inkişaf etdirmək lazımdır”. Tribunainfo.az-a danışan hüquq müdafiəçisi Xəzər Teyyublu qeyd edib. Onun fikrincə, delimitasiya uzun və texniki prosesdir, illərlə davam edə bilər, amma danışıqların aparılması əsasdır. Hüquq müdafiəçisi sülh sənədinin imzalanması istiqamətində danışıqların bərpası ərəfəsində sərhəddə ikitərəfli görüş vacib prosesdir. “Bu gün Gürcüstanla da delimitasiya tam başa çatmayıb. Ona görə məsələ uzana bilər. Əsas odur ki, sərhəddə ikitərəfli danışıqlar aparmaq olur və üçüncü iştirakçıya ehtiyac yoxdur”- X.Teyyublu söyləyib. Onun qənaətinə görə, növbəti görüş tezliklə keçiriləcək və moderator olmadan danışıqlar formalaşacaq: “Rusiya və Qərb də görür ki, onlarsız danışa bilirik. Məsələ indi hansı dövrə aid xəritələr barədə razılaşmaqdır. Ermənistan 1975-ci il xəritəsini təklif edir, amma bizə sərf etmir. Çünki Başkənd istənilir. Bu məsələdə ziddiyyət uzana bilər”.