SƏRHƏD BURAXILIŞ MƏNTƏQƏSİNDƏN GÖRÜNTÜLƏR… ARTIQ AQRESSİYA YOX, RAZILIQ VAR…backend

SƏRHƏD BURAXILIŞ MƏNTƏQƏSİNDƏN GÖRÜNTÜLƏR… ARTIQ AQRESSİYA YOX, RAZILIQ VAR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir müddətdir ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməni əsilli şəxslər heç bir maneə olmadan istifadə edirlər. Zaman-zaman ermənilərin Laçın postunda yoxlanılması ilə bağlı görüntülər də yayılır.

Tribunainfo.az yazır ki, ilk yoxlamada bir qədər aqressiyaları, narazılıqları hiss olunsa da, artıq hər şeyin normallaşdığı müşahidə edilir. Siyasi analitiklər bunu müsbət hal kimi qiymətləndirirlər.

Politoloqların fikrincə, bu, əhalinin azərbaycanlılar haqda anti-təbliğatın doğru olmadığını öz gözləri ilə görməsi baxımından yaxşıdır. Siyasi şərhçilər hesab edir ki, Laçın postundakı yoxlama prosesini erməni əhalisi ilə təbii təmasın birbaşa yaranması da hesab etmək olar.

Tribunainfo.az