“Neftçi” tanınmış türkiyəli mütəxəssis Sərgən Yalçınla anlaşmağın astanasındadır.
Çalışdırıcının sabah xüsusi təyyarə ilə Bakıya gələcəyi gözlənilir.
İki gündü bu anlaşma ətrafında həm qardaş ölkə, həm də bizim mətbuatda qızğın müzakirələr gedir.
50 yaşlı mütəxəssisin ölkəmizə gətirilməsi yönündə müxtəlif ehtimallar səsləndirilir.
Ən maraqlı iddia isə “Xəzər Lənkəran”ın mətbuat katibi işləmiş Hüseyn Cəbrayıloğlundan gəlib.
Cənub təmsilçisinin rəsmisi öz “Feysbuk” hesabından Sərgəni ölkəmizə kimin gətirməsi ilə bağlı şok ehtimalı dostları ilə paylaşıb:
“Bir anlıq ağlıma gəldi. Hər halda subyektiv fikrimdir. Sərgəni ” Neftçi ” yə bilirsiniz kim gətirə bilər? ” Xəzər Lənkəran” ı böyrü üstə qoyan Alaatdin Aykaç.
Hazirda SOCAR-Turkiyədə yüksək vəzifə tutan Aykaç BJK camiəsinə çox yaxın şəxslərdən biridir ki, indiyə kimi bir çox futbolçu və məşqçilər məhz onun təşəbbüsü ilə Lənkərana gəlib. Təəssüf ki, Aykaçın böyük pay götürdüyü transferlərin heç biri ” Xəzər Lənkəran” a xeyir vermədi”.
Onun postu izləyicilər tərəfindən ciddi müzakirələrə yol açıb.
sportinfo.az