Aktrisa Serenay Sarıkaya (32) ilə müğənni Mert Demirin (30) münasibəti bütün sürətiylə davam edir.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, məşhur cütlük bu yaxınlarda birlikdə istirahətə yollanıb.
Sarıkaya sevgilisi ilə çəkdirdiyi romantik pozaları İnstaqram hesabında izləyicilərinə təqdim edib.
Sonuncu dəfə ‘Şahmaran’ və ‘Gelip Geçti’ seriallarında çəkilən Serenay Sarıkaya müğənni Mert Demirlə eşq yaşadığı ilə gündəmdə qalmaqda davam edir.
Münasibətləri tam sürətlə davam edən cütlük birlikdə tətilə gedərkən hava limanında görüntülənib. Sarıkaya sosial media hesabında sevgilisi ilə tətil pozalarını yayımlayıb.