Sosial media hesablarından aktiv istifadə edən müğənni Serdar Ortaç canlı yayımları ilə diqqət çəkir. Nəhayət, “Namaza başlayacam, amma vaxtı deyil” deyən Ortaç kəndə yerləşəcəyini də açıqlayıb.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, tez-tez efirə çıxan və maraqlı açıqlamalar verən Ortaç son olaraq “Bundan sonra yalnız dullara və subaylara mahnı oxuyacam” deyib.
Müğənni canlı yayımda “Heç nə məni xoşbəxt etmir” deyib.
2024-cü ildə musiqidən ayrılacağını təkrarlayan Serdar Ortaç, “Mən kəndə yerləşəcəyəm, bu mənim son vida turumdur. 60 əyaləti gəzib təqaüdə çıxacağam” deyib və qərarından əmin olduğunu bildirib.