Türkiyəli müğənni Sərdar Ortaç konserti zamanı izləyiciləri ilə söhbət edib.
Sənətçi pərəstişkarlarına evlilik tövsiyəsi verib:
“Mən həyat yoldaşımı öpmədim, boşadı məni. Nə olar, həyat yoldaşınızı öpün”.
O, səhhətindəki problemi ilə bağlı pis vərdişlərindən uzaqlaşdığını bildirib:
“Xəstəxanaya getdim, şəkərim 500 çıxdı. Mən ölsəm, bu mahnıları kim yazacaq? Artıq həyatımda içki və siqaret yoxdur”.