Serbiya NATO-dan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya NATO-ya daxil olmağı planlaşdırmır. 

Serbiya NATO-ya daxil olmağı planlaşdırmır.


TİA.AZ xəbər verir ki, bunu “Pink” televiziyasına müsahibəsində Serbiyanın yeni prezidenti Aleksandr Vuçiç söyləyib.

“Mən NATO iclasında oldum və hər kəsə bizim Alyansa üzv olmaq istəyimizin olmadığını söylədim. Biz neytral qalmaq istəyirik”, – deyə o bildirib.

Qeyd edək ki, Vuçiç qərbyönlü siyasətçi sayılır. NATO-dan fərqli olaraq, o, ölkəsinin Avropa Birliyinə üzv olmasını istəyir.