Şərab istehsalçısı “Gold Vine” 1500 manat cərimə edildi – SƏBƏBbackend

Şərab istehsalçısı “Gold Vine” 1500 manat cərimə edildi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalan Şərab Zavodunu idarə edən “Gold Vine” barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Gold Vine” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
MMC-nin işi Abşeron Rayon Məhkəməsindədir. 28 iyun tarixində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə “Gold Vine” MMC-nin işinə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar