“SEPARATİZM SON GÜNLƏRİNİ YAŞAYIR” – EKSPERT

“SEPARATİZM SON GÜNLƏRİNİ YAŞAYIR” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda yaşayan etnik ermənilər üçün yolun sonudur. Azərbaycanın qanunları ilə yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Belə bir vəziyyət uzun müddət davam etməyəcək. Əvvəlki kimi yaşamaq mümkün deyil. Azərbaycan işğala son qoyub və Laçında sərhədə tam nəzarət edir. Oradakı ermənilərə də heç vaxt status verilməyəcək. Statusun verilməsi yenidən gələcək nəsil üçün mina qoymaqdır.

Tribunainfo.az yazır ki, bu barədə fikri bildirən siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya da görür ki, alternativ yoxdur:

“Rusiyanın Azərbaycana təzyiq etmək siyasəti sıfırdır. Ermənistan Humanitar şou siyasəti də iflasa uğradı. Azərbaycana sözdə bəyanatdan oyana heç bir dövlət təzyiq etmək siyasətində də maraqlı deyil. Azərbaycan güzəştə getməyərək erməni icması ilə təmaslarda israrlıdır.

Ermənistan Baş naziri Nikol Paşinyan bir müddətdən sonra Qarabağ ermənilərinə müraciət edərək Azərbaycanın tərkibində yaşamağa çağıracağı mümkündür. Separatizm son günlərini yaşayır və çıxış yolları yoxdur”.