Ermənistan parlamentinin binasında Ermənistan Respublikası və qondarma “dqr”in “bayraqları” əks olunan stend götürülüb. Tribunainfo.az xəbər verir ki, hadisə dünən baş verib və divara işlənilmiş “bayraqlar” qazılaraq, çıxarılıb.
Türkoloq Varujan Qeqamyan bu barədə bildirib ki, qazılaraq çıxarılan təkcə “dqr”in əski parçası olmayıb. Həmçinin qondarma “xəritəsi” də rədd edilib. “Deməli, Ermənistanda türk senzurasının fəaliyyət göstərdiyi sübut olunmuş faktdır”.