Separatçı-terrorçu rejimin başçılarının bir-bir həbs edilərək içəri salınması çox maraqlı faktdır. Onların demək olar ki, hamısı başqa çıxış yolu qalmadığına görə faktiki olaraq könüllü təslim olurlar. Günün günorta çağı sərhəd-keçid məntəqəsinə gəlmək könüllü təslim deməkdir. Amma bunların başqa niyyətləri də var.
Tribunainfo.az yazır ki, hüquqşünas Ərşad Hüseynovun fikrincə, separatçıların “liderləri” bu üsulla öz “xalq”ının gözündə reabilitasiya olmağa çalışırlar. Hamıdan sonda çıxmağa cəhd edirmiş kimi görünməklə, “baxın sonadək orada olduq, qaçmadıq, amma nə edək ki, bizi ələ keçirdilər” demək istəyirlər:
“Onlar həm də yaxşı bilirlər ki, dövlətimiz onları öldürməyəcək (ölüm cəzası yoxdur), dövlətimizin ədalətinə sığınırlar. Amma müqavimət göstərsəydilər, məhv ediləcəklərini çox gözəl bilirdilər.
Yəqin ki, bu qatillər beynəlxalq dəstəyə-filana da ümid edirlər…
Hər halda türmədə də olsa, yaşamağa üstünlük veriblər. Bizim ədalət sistemi onlara elə cəza verməlidir ki, həmin “cəza” həm tam qanuni olsun, həm də son 35 ildə tökdükləri qanların qisası olsun”.