SEPARATÇILARIN “LİDERLƏRİ” BAKIDI… ONLARI HANSI CƏZA GÖZLƏYİR – ŞƏRHLƏR

SEPARATÇILARIN “LİDERLƏRİ” BAKIDI… ONLARI HANSI CƏZA GÖZLƏYİR – ŞƏRHLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda separatçıların ” prezidenti” olmuş Arayik Arutunyan, Arkadi Qukasyan, Bako Saakyan və “parlamentin spikeri” David İşxanyan Xankəndində həbs olunub, Bakıya gətirilib.

Tribunainfo.az xəbər verir ki, ekspertlərin fikrincə bir-birinin ardınca separatçıların “rəhbər”lərinin həbs edilərək Bakıya gətirilməsi Azərbaycanın böyük imkanlarının olduğunu göstərir.

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Gəncənin vurulmasının il dönümündə bu həbslərin olması xüsusi qürurvericidir:

“Seperatçı rejimin 4 rəhbərinin Gəncəyə endirilən raket zərbələrinin ildönümündə DTX tərəfindən saxlanılaraq Bakıya gətirilməsi Azərbaycan dövlətinin geniş imkanlarının göstəricisidir. Kim Azərbaycana xor baxacaqsa, aqibəti fərqli olmayacaq”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirib ki, bu, ədalətin bərqərar olmasıdır:


“Onları ən ağır cəzaya – ömürlük həbsə göndərmək və Qaradağda daş karxanasında işlətmək lazımdır.

Qarabağda erməni yox, Xankəndi Azərbaycan nəzarətində, separatçılar həbs edilib. Bu, Azərbaycanın güclü olmasının göstəricisidir. Nəhayət ki, neftin pulu ilə biz güclü ordu yaradıb, ölkəni gücləndirib, 200 illik problemi həll etdik”.


Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Erməni separatçılarının “liderlər” dəstəsinin həbs olunaraq Bakıya gətirilməsi tarixi hadisədir. Onların məhkəməsi və alacaqları layiqli cəzalar da tarixi hadisə olacaq:

“Amnistiya əli qana batanlara, Azərbaycanın Konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı çıxanlara şamil oluna bilməz.

Cinayətkarların alacaqları cəzaya görə bizə təzyiq etməyə çalışacaqlar. Nəticəsi olmayacaq. Bir cinayətkar ki, “Gəncə şəhərinin bombalanması əmrini mən vermişəm” cümləsiylə açıqlama verib və bu internetdə yayılıb, onun azad olunmasına hansı məntiqlə haqq qazandıra bilərlər? Sadəcə erməni hiyləgərliyi sərhəd tanımır, kimlərlə mübarizə apardığımızın da fərqindəyik. Qarabağı tam azad etdik, ancaq separatizm və terrorizm üzərində formalaşan erməni ideologiyası ilə mübarizəmiz bundan sonra da davam edəcək”.