“Biz siyasətdən kənarıq. Və ümumiyyətlə KVN həmişə siyasətdən kənardır! Ona görə də biz bu cür fikirlərə reaksiya vermirik”.
“Biz siyasətdən kənarıq. Və ümumiyyətlə KVN həmişə siyasətdən kənardır! Ona görə də biz bu cür fikirlərə reaksiya vermirik”.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma rejimin nəzarətindəki Xankəndi şəhərini təmsil edən “Duz-çörəklə” (“С хлебом и солью”) KVN komandasının nümayəndəsi Qeorgi Avetisyan deyib.
Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma rejimin nəzarətindəki Xankəndi şəhərini təmsil edən “Duz-çörəklə” (“С хлебом и солью”) KVN komandasını Soçidə keçiriləcək “KVN-2017” beynəlxalq festivala dəvət edib. Tədbir yanvarın 10-dan 23-dək keçirilir.
Bununla əlaqədar olaraq Azərbaycan KİV-i aktiv informasiya kampaniyasına başladı və separatçıların festivalda iştirakına etirazını bildirb. “Gündəlik Teleqraf” Media Qrupu Beynəlxalq KVN İttifaqına və onun sədri A.Maslyakova etiraz bəyanatı ünvanlayıb.Komandası üçün üçüncü festival olduğunu deyən Avetisyan Bakının reaksiyasının ilk olmadığını bildirib.