Separatçıların “bəlkə də qaytardılar” xüslyası

Separatçıların “bəlkə də qaytardılar” xüslyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi formatına yenidən baxmağı təklif edirəm. Bu, həm Qarabağ, həm Ermənistan siyasi qüvvələri, həm də Milli Assambleyadakı müxalifət fraksiyaları ilə əməkdaşlıq edərək, siyasi məsləhətləşmələr şəklində hərtərəfli edilə bilər”.

Tribunainfo.az xəbər verir ki, bunu separatçı Metaxe Akopyan “İravunk” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, reallıqda onlar “Qarabağ erməniləri”nin məqsədyönlü ərazi siyasətinin qurbanına çevrildiyi bir vəziyyətlə üzləşiblər. “Başqa sözlə, indiki Ermənistan hakimiyyətinin strategiyası , demək olar ki, Qarabağı artıq siyasi gündəmdə olmamasına, ermənilərinin tamamilə çıxarılmasına və məsələnin qapalı hesab edilməsinə yönəlib”.

P.S. Atalar misalı var: “Ac toyuq yuxuda darı görər”. Separatçılar hazırda həmin durumdadır. Üstəlik, “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar. Adamlar hələ də qanmırlar ki, Qarabağ məsələsi bitib, yoxdur və olmayacaq.

Fərda Uğur