Bir müddət əvvəl erməni blogger Narek Aleksanyan Qarabağda yaşamış ermənilərin mal və mülklərinin talan edildiyi barədə araşdırma aparacağını bəyan etmişdi. Tribunainfo.az xəbər verir ki, o, bununla bağlı məlumat topladığını qeyd etmişdi.
Aleksanyan yazırdı ki, 44 günlük müharibə zamanı boş qalmış evlərdə ciddi talançılıq halları olub. “Həmin vaxt evlərini tərk edən ermənilərin toyuqlarına qədər oğurlamışdılar”.
Məşhur erməni bloqqer Roman Bagdasaryan isə həmin toyuq oğrusunu tapıb. Tribunainfo.az xəbər verir ki, o, bu işlərin başında separatçıların “baş kəşfiyyatçısı”, özünü qondarma “milli təhlükəsizlik xidmətinin rəhbəri” kimi təqdim edən şəxs və onun yaxın adamları olub.
Bagdasaryan daha sonra yazıb: ““Qarabağ “milli təhlükəsizlik xidmətinin” rəisi 44 günlük müharibədə boş qalmış ermənilərin evlərini talan etməklə, onların şərablarını, toyuqlarını oğurlamaqla məşğul olub”.
Fərda Uğur










