Separatçılardan təmizlənmiş ərazilər təhlükəsiz bölgəyə çevrilir (VİDEO)

Separatçılardan təmizlənmiş ərazilər təhlükəsiz bölgəyə çevrilir (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Separatçıların Azərbaycan ərazilərində yaratdığı boz zona təhlükəsiz bölgəyə çevrilir.
İlk gündən Daxili İşlər Nazirliyinin əməkdaşlarının sözügedən yerlərdə xidməti təşkil edilir.
Nazirliyin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, yarana biləcək hər hansı xoşagəlməz hadisənin vaxtında qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür. Məqsəd Azərbaycanın nəzarətinə keçən suveren ərazilərimizdə ictimai təhlükəsizliyin tam təmin olunmasıdır.

 

 

 

Elşad Hacıyev əlavə edib ki, ərazilərdə partlayıcı tələ qurğular da tez-tez aşkarlanır. Belə qurğular insanların daha çox hərəkət etdiyi yerlərə qoyulduğuna görə onların tapılaraq zərəsizləşdirilməsi xüsusilə diqqətdə saxlanılır.
Elşad Hacıyev əlavə edib ki, Azərbaycanın nəzarətinə keçən ərazilərdə bundan sonra da təhükəsizliklə bağlı müvafiq addımlar atılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: