“Ermənistan kütləvi şəkildə və bütün bölmələrdə dronlara investisiya qoymağa başlamalıdır. Silahlı qüvvələr müasir pilotsuz uçuş aparatları ilə təchiz olunmalıdır”.
Tribunainfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Van Hambardzumyan deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu çoxdan bu sistemə keçid edib. “Azərbaycan silahlı qüvvələri ən müasir texnologiyalara keçib. Təkcə radio ilə idarə olunan deyil , həm də fiber-optik pilotsuz uçuş aparatları hazırlayır”.
Hambardzumyan deyib ki, Qarabağın işğaldan azadedilməsindən sonra Azərbaycanın imkanları daha da artıb. “Mahiyyət etibarı ilə bu ərazilərdən bir kilometr uzunluğunda strateji xətt formalaşdırılıb ki, onlar bütün əsas istiqamətlərdə qüvvələri cəmləşdirmək üçün istifadə edirlər”.
Erməni hərbi ekspertin iddiasına görə, Tavuş , Geqarkunik , Vayots Dzor və Sünik rayonları, eləcə də Naxçıvan bölgəsi hazırda aktiv hərbi hazırlıq mərhələsindədir. “Azərbaycanın atdığı irimiqyaslı addımlar göstərir ki, onlar təkcə yerli deyil, həm də dərin hərbi əməliyyatlara hazırlaşırlar”.
Hambardzumyan yeni bir “təklif” də irəli sürüb. O, separatçıların qanunsuz silahlı dəstlərinin Ermənistanda mövcud olan qalıqlarından da istifadə edilməsinin vacib olduğunu deyib. “Ermənistan keçmiş Qarabağ “ordusu”nun zabit və kiçik zabitlərinin şəxsi heyəti əsasında yeni ordu korpusu yaratmağa borcludur”.
P.S. Ermənilər hər vəchlə müharibə hazırlığı içində olduqlarını nümayiş etdirirlər. Onlar maksimum dərəcədə adam toplayaraq, Azərbaycana qarşı təxribatlara hazırlaşırlar. Hambarzumyanın açıqlaması da bunu təsdiq edir və o, tələsməyi daha uyğun görür.
Fərda Uğur