Separatçılar yalvarmağa BAŞLADI

Separatçılar yalvarmağa BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samvel Şahramanyan separatçı rejimin rəhbərliyini Qarabağdan təhlükəsiz şəkildə çıxarmaq üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparır.

Tribunainfo.az news24.az-a istinadən xəbər verir ki, bu barədə “Hayeli.am” məlumat yayıb.

Nəşrin məlumatına görə, separatçıların keçmiş üç başçısı – Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan, “keçmiş xarici işlər naziri” Davit Babayan həbs təhlükəsi ilə üz-üzədir.

“Hazırda həmin şəxslərin Qarabağda olduğu bildirilir. Bundan başqa, “Röyter”in məlumatına görə, Azərbaycanda həbs ediləcək 200-ə yaxın hərbi cinayətkarın siyahısı var. Davit Babayan artıq təslim olacağını dünən bəyan edib. Mənbə digər separatçı – Artak Beqlaryanın isə harada olduğunu bilmir”, – deyə sayt bildirib.