Ermənistanda sığınacaq tapmış bir ovuc separatçı vay-şüvənə başlayıblar. Tribunainfo.az xəbər verir ki, onlar Qarabağ məsələsinin bağlanacağına iddia edir və bundan əndişələndiklərini gizlətmirlər.
Ümidləri isə ATƏT-in Minsk Qrupu və beynəlxalq təşkilatlar qarşısında iddia qaldırmağadır. Amma son razılaşmaya əsasən Ermənistan tərəfi bəyan edib ki, onlar Azərbaycana qarşı beynəlxalq təşkilatlar qarşısında heç bir iddia qaldırmayacaqlar. Bu da separatçıların hay-küy salmasına səbəb olub.
Separatçı Artak Beqlaryan deyib ki, əgər Azərbaycan və Ermənistan bu məsələdə anlaşsalar, onlar razılaşmaya əməl etməyəcəklər. “Hökumət beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddia qaldırmaqdan imtina edərsə, onu məhkəməyə verəcəyik”.
P.S. Adama sual verərlər: Alış, nəylə?