SEPARATÇILAR VARDANYANIN YERİNƏ NERSESYANI GƏTİRMƏYƏ HAZIRLAŞIRLAR: XANKƏNDİDƏ KOALİSIYA YARANIBbackend

SEPARATÇILAR VARDANYANIN YERİNƏ NERSESYANI GƏTİRMƏYƏ HAZIRLAŞIRLAR: XANKƏNDİDƏ KOALİSIYA YARANIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda son zamanalar gərginləşən vəziyyət fonunda maraqlı proseslər yaşanır. Tribunainfo.az xəbər verir ki, erməni mediası Xankəndidə bir-birini öldürməyə hazır olan qrupların olduğu barədə yazırlar. Üstəlik, bu məlumat separatçıların ən üst səviyyəsində təsdiqlənir.
Ermənistanda nəşr olunan “Fakt” qəzeti isə başqa bir iddia ilə çıxış edib. Qəzet yazır ki, Arayik Harutyunyan Ruben Vardanyanı “dövlət naziri”liuyindən göndərmək üçün artıq alternativ namizəd də tapıb. Nəşrə görə, Ermənistan hakimiyyətinin dəstəyi ilə Qarabağ separatçılarının başçısı Arayik Harutyunyan Riben Vardanyana qarşı koalisiya yaradıb. Belə ki, Qarabağdakı həmin koalisiyaya hərşeyşünas “nazir” Artak Beqlaryan, “ombudsman” Geqam Stepanyan, keçmiş “ərazi idarəetmə və infrastrukturlar naziri” Hayk Xanumyan, keçmiş “səhiyyə naziri” Mikayel Hayriyan, keçmiş “xarici işlər naziri” Masis Mayilyan, “baş prokuror” Qurgen Nersisyan daxildir. “Üstəlik, Hayk Xanumyan və Mikael Hayriyan bunu gizlətmir və bu günlərdə sosial şəbəkələrdə sərt paylaşımlar edirlər”.
“Fakt” yazır ki, Qarabağda növbədənkəna “seçki”lərin keçirilməsi məsələsi üzdə bağlanılmış kimi görülsə də, aşağı qatlarda buna ciddi hazırlıqların getdiyi bildirilir. “Əldə etdiyimiz məlumata görə, hazırda Qarabağda Arayikin yerinə gələcək yeganə “namizəd” keçmiş “baş prokuror” Qurgen Nersisyandır. Koalisiya onu dəstəkləyir”.
Qeyd edək ki, Laçın dəhlizində başlayan etiraz aklsiyalarından sonra Xankəndidəki separatçıların vəziyyəti xeyli ağırlaşıb. Onlar vəziyyətdən çıxmağın yolunu da tapa bilmirlər. Lakin Qarabağdakı separatçıların əksəriyyəti o fikirdədir ki, hazırkı durumun səbəbkarı Ruben Vardanyandır. Çünki Vardanyan “dövlət naziri” olduqdan sonra olduqca təxribatçı bəyanatlarla çıxışlar edib.
Elə bu səbəbdəndir ki, bir müddət əvvəldən Arayik Harutyunyanla Ruben Vardanyan arasında münasibətlər kritik həddə çatıb. Baş separatçının Rubendən çıxıb getməsini tələb etməsi, qarşı tərəfin isə bundan imtina etməsi isə münasibəıtləri daha da gərginləşdirib.
Görünən odur ki, yaxın günlərdə David Babayanın dediyi kimi, Xankəndidə qan su yerinə axacaq. Bunun baiskarı isə separatçıların bir-biri ilə yola getməməsidir. Üstəlik, Ruben Vardanyanın Qarabağdan getmək niyyətində olmaması və dirəniş göstərməsidir.

Tribunainfo.az