Ermənistanda mənzillənmiş separatçılar bir neçə gün əvvəl İrəvanda bir araya gələrək, bir sıra məsələləri müzakirə ediblər. Tribunainfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Həmin məlumatda deyilir ki, Samvel Şahramanyanın başçılığı ilə keçirilmiş iclasda separatçıların bütün nümayəndələri iştirak ediblər. Müzakirələr arasında əsas yeri Ermənistan xüsusi xidmət orqanlarının separatçıların işinə müdaxilə etməsi və Qarabağ ermənilərinin birliyinin təmin olunması tutub. Şahramayan çıxışı zamanı deyib ki, onlar siyasi fikir ayrılığına baxmayaraq, bir olmalıdırlar.
Erməni nəşri yazır ki, belə bir yığıncağın keçirilməsinin əsas məqsədi Qarabağdan könüllü köçmüş ermənilərin biriluyi yox, yaxın gələcəkdə Ermənistanda baş verəcək siyasi proseslərə aktiv iştirak etmək və siyasi güc olmaqdır.
Xatırladaq ki, keşiş Baqratı önə verən Ermənistandakı “Qarabağ klanı” uğur qazanmadığını görərək, alternativlərini meydana çıxarmağa hazırlaşır. Koçaryan və Sarkisyanın başında durduğu bu klan hakimiyyəti yenidən ələ keçirmək üçün Qarabağ ermənilərindən istifadə edəcəklər.