SEPARATÇILAR İFŞA OLDU: ORDUMUZ GUYA AĞDƏRƏDƏ ƏKMƏYƏ QOYMUR, AMMA MƏHSUL DA BOL…

SEPARATÇILAR İFŞA OLDU: ORDUMUZ GUYA AĞDƏRƏDƏ ƏKMƏYƏ QOYMUR, AMMA MƏHSUL DA BOL…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı separatçıların təsiri altında olan media resursları Azərbaycanı erməni kəndlilərinin əkin-biçinlə məşğul olmağa imkan verməməkdə ittiham edirlər.
Tribunainfo.az bildirir ki, Ağdərə kəndlərində torpaqların çoxu Azərbaycan Ordusunun mövqelərinin nəzarəti altında olduğundan guya sahələrin becərilməsi mümkün deyil.
Kəndin icma rəhbəri Hrant Baxşiyan bildirib ki, kənd sakinləri bu əraziləri təhlükəsiz hesab etmirlər, ona görə torpaqların yalnız kiçik bir hissəsini əkməyə nail olublar: “Təhlükəsizliyə görə torpaq istifadəçiləri bu sahələri becərə bilmirlər. Düzdür, kənddən onlara torpaq sahələri vermişik, amma bizim bir sakinimiz var ki, bir neçə onlarla hektar əkin sahəsi var, o da düşmən gülləsi altındadır”, – deyə icma sədri iddia edib. Onun sözlərinə görə, bu il kənd yerlərində müəyyən qədər taxıl səpmək mümkün olub, bundan başqa, əvvəlki illərlə müqayisədə tərəvəz bitkilərinin sahələri genişləndirilib:
“Biz Artsax Respublikasının Kənd və Kənd Təsərrüfatı Fondundan və Qızıl Xaç Cəmiyyətindən kartof toxumu və bir sıra məhsullar almışıq. Sakinimiz var ki, o qədər kartof əkib, məhsulun bir hissəsini qonşu qəsəbələrə satır, amma nəqliyyat yanacağı olmadığından onu Stepanakertə çatdıra bilmir”, – deyə Q.Baxşiyan əlavə edib ki, tərəvəz bitkilərinin artıq məhsul yığımı başlayıb – kartof, lobya və xiyar. Baxşiyanın sözlərinə görə, başlanmış ot biçininin nəticələri qışda yem qıtlığının olmayacağına ümid verir.
P.S. Bu açıqlamanın özü yuxarıda yaydıqları məlumatların cəfəngiyyat olduğunu sübut edir. Guya Ordumuz əkin-biçin üçün təhdid yaradır, amma həm də məhsul yığımız başlayıb, kartof, lobya və xiyar var, ot biçininin nəticələri qışda yem qıtlığının olmayacağına ümid verir. Təbii ki, özlərini ifşa etməklə gerçəkliyi ortaya qoyublar. Ordumuz Qarabağda heç bir mülki şəxsi hədəfə almayıb. Ermənilər isə dayanmadan silah daşıyır, atəş açır, təxribat yaradır.